Zərifliklə Zorakılıq Arasında
Məlumat |
Ətraflı |
Ölkə |
Türkiyə, Hollandiya |
Rejissor |
Şirin Bahar Demirel |
Rollarda |
|
Müddət |
15 dəqiqə |
Janr |
Sənədli |
Yaş həddi |
yoxdur |
🎬 Nümayiş cədvəli
📍 Lənkəran
🏛️ Paus Brewing
📅 6 iyul 2025 – 🕐 15:30
📍 Şəki
🏛️ Çingiz Mustafayev Kino klubu
📅 6 iyul 2025 – 🕐 18:41
📍 Bakı
🏛️ Landmark/CineClub
📅 11 iyul 2025 – 🕐 19:30
“Zərifliklə zorakılıq arasında” eksperimental sənədli filmdir. Bu film əllərimizi xatirələrin toplandığı və ötürüldüyü məkanlar kimi göstərir. Film təmtəraqlı, göstəriş üçün hazırlanmış ailə fotoalbomlarında rast gəlməyəcəyiniz, unudulmuş xatirələrin izinə düşür və bu xatirələri əllər və onların yaratdığı şeylər vasitəsilə gün üzünə çıxarmağa çalışır.
Bir rəssamın fırça izlərinə baxanda eyni əlin zorakılığını da sezə bilərikmi? Çarpaz tikiş nəyinsə əlifbası ola bilərmi? Bu film təxəyyül və yaradıcılıq vasitəsilə rejissorun şəxsi tarixçəsi ilə bağ qurur, məişət zorakılığı, nəsillərarası travma və ona qarşı müqavimət kimi geniş insan hekayələrini əhatə edir.