İllərlə dözülməz menstruasiya ağrıları və izaholunmaz simptomlardan sonra Mələyə nəhayət diaqnoz qoyulur: o, endometriozdan əziyyət çəkir — menstruasiya olan hər 10 nəfərdən birində rast gəlinən xroniki iltihabi xəstəlik. Bu qədər geniş yayılmasına baxmayaraq, xəstəliyin nə səbəbi məlumdur, nə də müalicəsi var. Üstəlik, bu xəstəlik çox zaman ciddi qəbul edilmir. Hətta Mələyin öz anası tərəfindən belə. “Sənə demişdim” filmində Mələk öz ağrısı, bədəni və gələcək arzuları ilə çətin və təlatümlü bir münasibəti çözməyə çalışır. Özünə şübhə və utanc hissi ilə dolu bu yolda o, səbri daşmış digər pasiyentlərin də olduğu “Endo-Döyüşçülər” dünyasına daxil olur. Bəlkə də, bu yolda o, “Bu xəstəliklə necə yaşamalıyam?” sualına cavab tapmağa ümid edir.