Gərək getməyəydik, Valeria
Məlumat |
Ətraflı |
Ölkə |
Azərbaycan |
Rejissor |
Atanur Nəbiyeva |
Rollarda |
|
Müddət |
9 dəqiqə |
Janr |
Sənədli |
Yaş həddi |
yoxdur |
🎬 Nümayiş cədvəli
📍 Şəki
🏛️ Çingiz Mustafayev Kino klubu
📅 5 iyul 2025 – 🕐 16:36
📍 Lənkəran
🏛️ Paus Brewing
📅 6 iyul 2025 – 🕐 16:20
📍 Bakı
🏛️ Landmark/CineClub
📅 7 iyul 2025 – 🕐 17:20
10 ildir ki, evindən uzaqda yaşayan rejissor Atanur qısa müddətlik Neapola səfər edir. O, özü də evindən uzaqda olan Valeria adlı bir qadına məxsus kiçik bir mənzil kirayələyir. Evə yerləşərkən Atanur köhnə bir kamera tapır. Kamerada gördükləri onu təəccübləndirir: Bakı küçələrinin təsvirləri və tanış üzlər. Bu şəkillər və evdəki bəzi detallar vasitəsilə Atanur hiss edirr ki, Valeria ilə onun həyatı başqa yerlərdə keçsə də, görünməz bir şəkildə bir-birinə bağlıdır.
Dəniz və zamanla birləşən əkiz sahil şəhərləri – Bakı və Neapol – arasında, Atanur heç vaxt görmədiyi bir qadında özünün əksini görməyə başlayır. Getməzdən əvvəl Valeriaya məktub yazır. Əslində bu məktub həm də özünə yazılmış bir məktubdur — bu, başqasının səssizliyində öz evini axtaran iki qadının sakit söhbətidir.