Aytən Yaqubova – fəal və qadın hüquqlarının müdafiəçisidir. O, sosial və gender mövzularına dair müxtəlif məqalələr yazaraq təşkilatların internet resurslarında bu sahədə maarifləndirməyə töhfə verir. Hazırda Azərbaycanda yaşayan Aytən, aztəminatlı kənd ailələrindən olan qızların təhsil almasına dəstək göstərən “Nadjima Qadın Fondu”nun təsisçisidir. Fondun fəaliyyəti çərçivəsində hal-hazırda 8 qız pulsuz hazırlıq kurslarına qatılır və təhsildə irəliləmək imkanı əldə edir.