Sofiya mükafatlı filmləri və çoxşaxəli sənət fəaliyyəti ilə tanınır. Sofiya öz etnik qrupunu BMT-də təmsil edən ilk saxurdur. Ibrida, New Art Media, Flamingo kimi festivallarda nümayiş olunan filmləri və layihələri yerli xalqlar, qadınlar, unudulan dillər və rituallar kimi mövzulardan bəhs edir – qısacası, həyatın dərin qatlarına toxunur.