Nərmin Kamal yazıçı və fəlsəfə üzrə müəllimdir. O, “Umberto Eko və postmodernizm fəlsəfəsi”, “Aç, mənəm” və “Küçədən keçən adam haqda yazılar” kitablarının müəllifidir. Yazıları Almaniyada Young Euro Connect, Avstriyada Kulturkontakt, Azərbaycanda Qadın Forumu və digər esse müsabiqələrinin qalibi olub. Məqalələri və hekayələri mətbuatda müntəzəm olaraq çap olunub.