Sevilfest “Sizin regionda əlçatmazdır” şüarı ilə 4-cü ilinə start verir.
Sevilfest “Sizin regionda əlçatmazdır” şüarı ilə 4-cü ilinə start verir.
Bizim təhlükəsiz və inkluziv mühitimizdə sizi eşidir və incəsənətlə əhatələyirik!
Sevilfest filmmeykerlər və film sevərləri qadın və təcrid olunmuş qrupların hekayələrini paylaşmaq və sosial məsələlərə diqqət cəlb etmək üçün birləşdirir.

Tipik olana köklənmədən hər kəs üçün təhlükəsiz, rahat və əyləncəli mühitin təşkili;

İncəsənətin dəyişdirici gücünə inanaraq düşüncə, davranış və cəmiyyəti müsbətə dəyişmək;

Ölkənin hər nöqtəsinə, icmanın hər üzvünə bərabər əlçatımlılıq;

Aydın müşahidə və sağlam analizlərlə qərar, işin maksimal həssaslıq və səmimiyyətlə icrası.

SevilFestin missiya, baxış bucağı və dəyərlərinə sadiq qalmaq;
Sevil Rəqəmlərlə
Sevil Beynəlxalq Qadın Sənədli film festivalı dörd il ərzində ölkənin bir çox regionunda çoxsaylı nümayişlər təşkil edib
Juri Heyəti

Ketevan Vaşaqaşvili Tbilisidə yaşayan sənədli film rejissorudur. O, Sussex Universitetində (Böyük Britaniya) Rəqəmsal Sənədli Film üzrə magistr dərəcəsinə sahib Chevening məzunudur. Onun əsas maraq dairəsi sosioloji təfəkkür və insan hüquqları məsələləridir. Ketevan müxtəlif Gürcüstan telekanalları və onlayn platformaları üçün sənədli televiziya filmləri, teleseriallar, proqramların rejissorluğu və istehsalı üzrə 13 illik təcrübəyə malikdir. Ketevan hazırda Gürcüstanın ictimai televiziyasında işləyir və müstəqil olaraq Gürcüstanda yerləşən 1991 Productions prodüser şirkəti ilə birgə "9 Aylıq Müqavilə" adlı sənədli filmini hazırlayır.

Becs Rainey Londonda yaşayan prodüser və təşkilatçıdır. O, dünyanın hər yerindən qadınları, trans və qeyri-binar kinorejissorları təşviq edən platforma, icma və istehsal şirkəti olan “Qızlar filmdə” platformasının (Böyük Britaniya) prezidentidir. Platformanın London, Yohannesburq, Oklend, Nyu-York, Praqa və Amsterdam kimi şəhərlərdə filialları mövcuddur.

Rəna Əfəndi mükafatlı sənədli fotoqraf və “Boru xəyalları: Boru Kəməri Boyu Həyatların Salnaməsi” və “Maye Torpaq” adlı iki monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini xəfif ehtivası, dərin empatiya hissi ilə xarakterizə olunur. O, Prince Claus Fund mükafatının laureatıdır. Fotoqrafiya və Davamlılıq üzrə prestijli Prix Pictet mükafatının qısa siyahısına daxil edilmişdir. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Əfəndinin əsərləri Viktoriya və Albert Muzeyi, Saatchi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və NYC MOMA kimi çoxsaylı məkanlarda nümayiş edilib. Rəna Əfəndi National Geographic Magazine və Monocle jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun həmçinin The New Yorker, Time, New York Times Magazine, The Sunday Times və bir çox başqa qəzetlərlə əməkdaşlığı mövcuddur.

Atanur Nəbiyeva Avropada yaşayan sənədli film rejissorudur. 2019-cu ildə İstanbul Universitetində, Radio, Televiziya və Kino üzrə bakalavr təhsilini başa vurub. Atanur xüsusilə sosial və antropoloji problemlər, adət- ənənələr və onların insanların taleyinə təsiri ilə maraqlanır. 2022-ci ildə DocNomads Beynəlxalq Sənədli Film Rejissorluğu üzrə magistratura proqramını bitirib. Filmləri müxtəlif beynəlxalq festivallarda nümayiş etdirilib.

10 illik pedaqoji təcrübəyə malik Ülviyyə Babasoy 2011-ci ildən gənclərin və qadınların səlahiyyətlərinin artırılması ilə məşğuldur. Onun rəhbərliyi altında yeddi təşəbbüs layihəsi qadınların və gənclərin yerli idarəçilikdə qərarların qəbul edilməsində iştirak imkanlarının artırılmasına yönəldilib. O, öz icmasında qadınların səlahiyyətlərinin artırılması üçün hüquqi yardım, məsləhət və təlim kimi xidmətlər göstərən Bərdə Qadın Klubunu təsis edib. Klub məişət zorakılığından zərər çəkmiş, eləcə də bölgədəki bütün qadınları gücləndirmək məqsədi daşıyır. Ülviyyə Babasoy Chevening təqaüdçüsüdür və York Universitetində Dövlət İdarəçiliyi və İctimai Siyasət üzrə magistr dərəcəsinə sahibdir.

Şarofat Arabova Tacikistanın Düşənbə şəhərində yaşayan kinorejissor və kinoakademikdir. Rusiya-Tacikistan (Slavyan) Universitetinin mədəniyyətşünaslıq fakültəsini (2006) və Pune şəhərindəki Hindistan Kino və Televiziya İnstitutunun kinorejissorluq ixtisasını (2013) bitirib. Busan Asiya Film Akademiyasının və Berlinale Talents-in məzunudur. Tacik kinosunun müxtəlif aspektlərini araşdıran Elmlər namizədidir. O, Tacikistan Kinematoqrafçılar Assosiasiyasının və Asiya Kino Təbliğat Şəbəkəsinin (NETPAC) üzvüdür. Şarofat Arabova Bişkek, Moskva, Bucheon, Dəkkə, Kazan, Perm, Kolkata, Banqalor, Toronto, Vesul, Katmandu şəhərlərində beynəlxalq münsiflər heyətində fəaliyyət göstərib.