Şəfəq - 14 dəq. - Nərmin Zeynallı
Sinopsis:
Azərbaycan dilində “şəfəq” günəş işığı deməkdir. Şəfəq uşaqlıqdan valideynlərinin ona qoyduğu bu adı daşıyır, özünü daim günəşə, sübhə, qüruba bağlı hiss edir. Axalaziya diaqnozu qoyulandan sonra şəfəqi sönməyə başlayır, lakin musiqiyə olan sevgisi onu tərk etmir. Şəfəq Bakıda yaşayan azsaylı orqançılardan biridir. Xəstəliklə mübarizə apararkən bir də 3 övladını tək böyütmək məsuliyyəti ilə baş-başa qaldıqda musiqi və uşaqları tək ümid yeridir.