Mazo və Mizo qayıqla gəzir – Karol Russopolis, Yoana Vider, Delfin Seyriq və Nadya Rinqart – Simona de Bovuar Audiovizual Mərkəzi

Mazo və Mizo qayıqla gəzir      Karol Russopolis, Yoana Vider, Delfin Seyriq və Nadya Rinqart - Simona de Bovuar Audiovizual Mərkəzi      Fransa      56 dəq.

Beynəlxalq Sinopsis: 1975-ci ildə BMT-nin “Beynəlxalq Qadın İli” başa çatdıqda Fransa televiziyasında “Qadın İli: Allaha şükür! Qurtardı!” adlı veriliş efirə çıxıb. Verilişdə fransız kişiləri tərəfindən səsləndirilən müxtəlif mizoginist ifadələr yayımlanıb, bunlara cavab verməsi üçün verilişə yeganə qadın qonaq olaraq Fransanın o zamankı qadınlar üzrə dövlət katibi Fransuaza Jiru dəvət olunub. “Mazo və Mizo qayıqla gəzir” “Les Insoumuses” (“Müxalif ilham pəriləri”) adlı feminist video kollektivin bu teleproqrama verdiyi qəzəbli və intellektual reaksiyadır. Montaj otağından verilən bu cavab təkcə teleşouya ünvanlanmayıb, o həm də Jirunun rəhbərlik etdiyi dövlət qurumunun patriarxal bir cəmiyyətin komediyası olduğunu ortaya qoyur.
Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Movie, TV Show, Filmmakers and Film Studio WordPress Theme.

Press Enter / Return to begin your search or hit ESC to close

By signing in, you agree to our terms and conditions and our privacy policy.

New membership are not allowed.