Dovşan getməyə qərar verir - 16 dəq. - Vüsalə Hacıyeva
Sinopsis:
Ev həmişə komfort zonası deyil. Bəzən ev əsl cəhənnəmə çevrilə bilər. Əgər qaldığınız yer, məmləkətiniz və ətrafınızdakı hər şey sizi narahat edirsə, həyatınız təhlükə altındadırsa, yeganə alternativiniz qaçmaqdır. Bakıdakı təcrid, qorxu və həyatı ilə bağlı məruz qaldığı təhdidlər müəllifi planlanmamış Tiflis səfərinə çıxmağa məcbur edir. Yeni şəhərdə yeni həyata uyğunlaşmalı, özü ilə apardığı problemləri həll etməli və "bundan sonra nə olacaq?" sualına cavab axtarmalıdır.O bu suala cavab tapacaqmı?