Bütün yalanların anası – Əsma əl-Mudir

Bütün yalanların anası      Əsma əl-Mudir      Mərakeş, Səudiyyə Ərəbistanı, Qətər, Misir      97 dəq.

Beynəlxalq Sinopsis: Mərakeşli gənc kinorejissor Əsma əl-Mudir nə üçün uşaqlığından ancaq bir fotoşəkli qaldığını, üstəlik, o şəklidəkinin niyə özü olmadığını öyrənmək istəyir. O, Kasablankada boya-başa çatdığı məhəllənin maketini, insanların isə gildən heykəlciklərini hazırlayaraq keçmişin sirlərini araşdırmaq qərarına gəlir. Maket ətrafında anasının, atasının, nənəsinin evləri və ölkəsi haqqında danışdıqlarını təhlil etməyə başlayır. Yavaş-yavaş həyatını formalaşdıran yalanları üzə çıxarmağa, eləcə də “qəsdən yaddan çıxarma” aktının həyatlarına təsirini öyrənməyə çalışır. Həqiqətlə üz-üzə gəlmək çətindir, lakin bəzən sürreallığa varan bu sənədli filmdə əl-Mudir həqiqəti meydana çıxarmağı bacarır. Filmin dünya premyerası keçən il 76-cı Kann kinofestivalında baş tutub, burada Əsma əl-Mudir debüt filmi ilə “Xüsusi baxış” proqramında “Ən yaxşı rejssor işi” mükafatına layiq görülüb.
Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Movie, TV Show, Filmmakers and Film Studio WordPress Theme.

Press Enter / Return to begin your search or hit ESC to close

By signing in, you agree to our terms and conditions and our privacy policy.

New membership are not allowed.