Pandemiyanın təcrid etdiyi vaxtlarda Daniyela tək övladı ilə vidalaşma anlarını xatırlamağa çalışır. Yaddaşını təzələmək üçün hamiləlik dövründə mama-ginekoloqu Giselle ilə səs mesajlaşmalarına yenidən qulaq asır. Daniyelanın həyatı indi boşluqdan ibarətdir. Bu boşluq isə onu əhatə edən su səsləri ilə dolur. Daniyela və sevgilisi Flavio, özlərini kloun obrazı “Sous-titre” və musiqi kompozisiyaları vasitəsilə ifadə edərək, adını “Nilo” – yəni “çay” qoyduqları o uşaqla əlaqə yaratmağa çalışırlar.