Biz kimik?
Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.
Sevilfest, ilk növbədə, gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, Sevilfest mövcud stereotiplərdən ötrü qadın və kuir rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.
Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirələrə təşviq edir.
Müxtəlif beynəlxalq əməkdaşlıqlar, qonaq və ekspertlərlə əlaqəni təmin edən festival yerli və beynəlxalq sənətçilər üçün qısa və tammetrajlı müsabiqələr təşkil etməklə yerli kino sənətini təbliğ edir. Həmçinin, festival paralel olaraq üç şəhərdə – Bakı, Şəki, Lənkəranda təşkil olunur.
Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə Sevilfest sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.
Meynstrimə köklənmədən hər kəs üçün təhlükəsiz, rahat və əyləncəli mühit yaradırıq
İncəsənətin dəyişdirici gücünə inanırıq - Düşüncə, davranış və cəmiyyəti müsbətə dəyişmək
Ölkənin hər yerində icmamızın hər üzvünə bərabər əlçatanlıq
Aydın müşahidə və sağlam analizlərlə qərar verir, işimizi maksimal həssaslıq və səmimiyyətlə icra edir və hər kəsi qucaqlayırıq
Yalnız missiya, vizyon və dəyərlər çərçivəsində fəaliyyət