- This event has passed.
Rəna Əffəndi ilə görüş: Rəna Əffəndinin obyektivindən qadınlar
Sentyabr 16 @ 7:00 axşam - 8:00 axşam

📸 Dünya şöhrətli fotoqraf Rəna Əffəndi Bakıda IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının qonağıdır!
💜 Rəna Əffəndi festivalın tammetrajlı filmlər üzrə münsiflər heyətinin üzvü olmaqla yanaşı, tamaşaçılarımızla öz zəngin və ilhamverici təcrübəsini paylaşacaq.
👤 Rəna Əffəndi “Boru xəyalları: Boru kəməri boyunca həyatların salnaməsi” və “Maye torpaq” adlı iki foto-monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini sükunətlə şərəfləndirir, dərin empatiya hissi ilə xarakterizə olunur. Əffəndi Prins Klaus Fondu mükafatının laureatıdır. Fotoqrafiya və Davamlılıq üzrə prestijli “Prix Pictet” mükafatının qısa siyahısına daxil edilib. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Əffəndinin əsərləri Viktoriya və Albert Muzeyi, Saatçi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və Nyu York Müasir İncəsənət Muzeyi kimi nüfuzlu məkanlarda nümayiş olunub. Rəna Əffəndi “National Geographic Magazine” və “Monocle” jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun həmçinin “New Yorker”, “Time”, “New York Times”, “The Sunday Times” və bir çox başqa beynəlxalq media qurumları ilə əməkdaşlığı mövcuddur.
🎉 Yerli fotoqraflar, vizual təhkiyə və özünüifadəyə maraq göstərən hər kəsi Rəna Əfəndi ilə açıq görüşə dəvət edirik. İştirakı təsdiq etmək üçün qeydiyyat formunu doldurmağınızı xahiş edirik: https://forms.gle/LedbJY7tNae2piJx5
#sevilbqsff #seviliwdff #sevilsizisevir #rənaəffəndi #ranaaffandi #documentaryphotography #fotoqrafiya #SevilFilmFestivalı #Sevilfest #Sevilfest2023