Loading Events

« All Events

  • This event has passed.

Qadın Baxışı: Kameralı qadınlar, Anyes Qodar – Masterklass

Sentyabr 16 @ 8:00 axşam

🗣 Dünya şöhrətli rejissorlarla uzunmüddətli və təsirli yaradıcılığa sahib, kino tarixinin yaşayan əfsanələrindən quruluşçu rejissor və operator Anyes Qodar IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının xüsusi qonağıdır!

📹 2013-cü ildən bəri Kino Sənətləri və Elmləri Akademiyası (“Oskar” mükafatını təqdim edən qurum) və Fransa Quruluşçu Rejissorlar dərnəyinin üzvü olan Anyes Qodar 1951-ci ildə Fransada doğulub. Yaradıcılığa Vim Vendersin “666 nömrəli otaq” sənədli filmi ilə başlayan Anyes sonradan Cozef Losi, Piter Qrinvey, Alen Rene kimi mötəbər rejissorlarla işləyib.

🎞 Qodarın rejissor Kler Deni ilə quruluşçu operator olaraq uzunmüddətli əməkdaşlığının ilk nümunəsi “Şokolad” filmidir. 1990-cı ildən birlikdə işləyən bu iki usta “Günəş içəri dolsun”, “Bicbalalar”, “Dəvətsiz qonaq”, “Vendredi Soir”, “Hər gün bir bəla”, “Nenette və Boni”, “Yata bilmirəm”, “Özün üçün saxla” kimi filmlərə imza atıb. Deninin “Gözəl iş” (1999) filmindəki göstərdiyi ustalıq ona çoxsaylı mükafatlar qazandırıb.

💗 Ursula Mayerin Berlin Beynəlxalq Film Festivalında mükafat qazanmış “Bacı”(2012) və “Ev”(2008), Vim Vendersin “Arzunun qanadları” (1987) filmləri Qodarın yaradıcılığında xüsusi yer tutur. Anyes Vardanın rejissoru olduğu “Nan şəhərindən Jako”(1991) bədii filmi isə iki möhtəşəm Anyesin dostluq və əməkdaşlıq həyatının başlanğıcı olub. Uzun illər Anyes Vardanın yaradıcı heyətində yer alan Anyes Qodar “Sevil”in tamaşaçıları, rejissorlar və kinosevərlər ilə öz sehrli və ilhamverici təcrübəsini paylaşacaq.

📌 Giriş ödənişsiz və hər kəsə açıqdır. İştirakı təsdiq edən qeydiyyat formunu doldurmağınızı xahiş edirik: https://forms.gle/cF5BGpRqZ2oY5U359

Details

Date:
Sentyabr 16
Time:
8:00 axşam
Event Category:
Event Tags:
, ,
Website:
https://forms.gle/A79N6s99DyfZTa5d7

Venue

Landmark
Movie, TV Show, Filmmakers and Film Studio WordPress Theme.

Press Enter / Return to begin your search or hit ESC to close

By signing in, you agree to our terms and conditions and our privacy policy.

New membership are not allowed.