Loading Events

« All Events

  • This event has passed.

Festivallardan seçmələr | IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı

Sentyabr 15 @ 8:00 səhər - Sentyabr 22 @ 5:00 axşam

💜 IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyası üçün gətirməkdən məmnunluq duyur!

Qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrini, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” (“Best of Fests”) adlı xüsusi proqramımızda nümayiş etdirəcəyik.

🎬 Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” (Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün siyahısında yer alır. Sundance Film Festivalında yarışmış “Sirenalar” (Rita Bağdadi), Xarkov Beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot Docs Beynəlxalq Sənədli Film Festivalının qalibi “İran xanımın əri” (Mərcan Xosravi), nüfuzlu Venesiya Film Festivalının müsabiqədən kənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış” (Steffi Niderzol) kimi filmləri ölkə sənədli filmsevərləri ilə qovuşduracağımız üçün sevincli və həyəcanlıyıq.

📌 Apoloniya, Apoloniya – 115 dəq. – Lea Qlob
Danimarka

Sinopsis:
İncəsənət aləmində öz yerini tapmağa çalışan gənc qadının 13 ilini əhatə edən füsunkar bir portret. Apoloniya öz istedadına arxayındır, lakin onun yolu həmişə asan olmur. Həyat nağıl kitabı deyil; Apoloniyanın həyatdan çıxardığı ən önəmli dərslərdən biri qadın rəssamların kişi rəssamlara nisbətdə daha çox fədakarlıq və daha böyük maneələri dəf etməli olduğudur. Bu, onun çoxdankı dostu, “FEMEN” feminist qrupunun həmtəsisçisi Oksana Şaçkoya da aiddir. Apoloniyanın dözümlülüyü sınaqdan keçirilir.

📌 Sirenalar – 79 dəq. – Rita Bağdadi
ABŞ, Livan

Sinopsis:
Lilas və Şeri Yaxın Şərqin ilk qadın metal musiqi qrupu olan “Slaves of Sirens”in qurucularıdır. Onlar traş metal ulduzu olmaq yolunda dostluq və kimlik mübarizəsi aparırlar.

📌 Mənim adım Mutludur – 82 dəq. – Ayşe Toprak & Nik Rid
Birləşmiş Krallıq, Türkiyə

Sinopsis:
19 yaşlı gənc müğənni Mutlu ədalət axtarşındadır: o, evlilik təklifini qəbul etmədiyi şəxs tərəfindən məruz qaldığı ağır zorakılığa qarşı səsini ucaldır. Həyatını dəyişdirən əzablara baxmayaraq, o, qadına qarşı zorakılıq və cinayətlərlə bağlı haqlı mübarizəsinə davam edir.

📌 İran xanımın əri – 15 dəq. – Mərcan Xosravi
İran

Sinopsis:
Sultan Məhəmmədin dağlardakı səltənəti İran və Sara adlı iki arvadı, 11 uşağı, qoyun sürüsündən ibarətdir. Bütün hökmdarlar kimi o da öz iqtidarını, var-dövlətini qoruyub saxlamağa çalışır, lakin bu nüfuzun qorunmasında əsas məsuliyyət arvadlarının çiyninə düşür. O, torpaq sahələrini genişləndirmək üçün üçüncü dəfə ailə qurmaq niyyətindədir.

📌 Aradüzəldən – 90 dəq. – Benedetta Argentieri
İtaliya

Sinopsis:
Bu özünəməxsus müsahibədə çoxsaylı qərbli qadını İŞİD-ə qoşulmağa sövq edən bir qadınla tanış oluruq. Sosial mediadan istifadə edərək o, ölümcül bir “aradüzəldən”ə çevrilir.

📌 Tehranda yeddi qış – 97 dəq. – Steffi Niderzol
Almaniya

Sinopsis:
Film Tehranda qətl törətdiyi üçün edama məhkum edilmiş tələbə qızın hekayəsini təqdim edir. O, zorakılıq edənə qarşı özünü müdafiə edib, amma yeddi illik həbsdən sonra əfv olunmaq üçün ifadəsini geri götürmək məcburiyyəti ilə üz-üzədir.

📌 İnklüziv, təhlükəsiz, qucaqlayıcı icmalar, sağlam cəmiyyət arzusu ilə sizi 15-22 sentyabr Bakı, Şəki, Lənkəran şəhərlərində gözləyəcəyik.

#sevilbqsff #seviliwdff #sevilsizisevir💜 #sevilfest2023 #sevilfest #SevilFilmFestivalı

Details

Start:
Sentyabr 15 @ 8:00 səhər
End:
Sentyabr 22 @ 5:00 axşam
Event Category:
Event Tags:
, ,
Movie, TV Show, Filmmakers and Film Studio WordPress Theme.

Press Enter / Return to begin your search or hit ESC to close

By signing in, you agree to our terms and conditions and our privacy policy.

New membership are not allowed.