Reqlament

Festivalın təsisçisi və təşkilatçısı:
Sevil Beynəlxalq Sənədli Film Festivalı sənədli film müsabiqəsini keçirən Azərbaycanın Müstəqil və Qeyri-Kommersial Təşkilatdır.
Aygün Rəşidova

Festivalın statusu
2-ci Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 23-28 Avqust tarixlərində Gəncədə keçiriləcək.

Festivalın məqsədləri:
Azərbaycanda sənədli film sahəsinin inkişafına dəstək olmaq;
Azərbaycan cəmiyyətində müzakirə olunmaqdan yayınılan mühüm ictimai mövzularda müzakirə üçün şərait yaratmaq;
Film nümayişləri və müzakirələr yolu ilə qadınların cəmiyyətdəki rolu barədə məlumatlılığı artırmaq;
Azərbaycanda yerli sənədli film və film çəkmə mədəniyyətini və mühitini təbliğ etmək;
Bölgə gənclərinin film festivalında fəal şəkildə iştirakına təkan vermək.

Təşkilat komitəsi:
Sevil Qadın Beynəlxalq Sənədli Film Festivalı Azərbaycanın qeyri-kommersial, müstəqil film festivalıdır. Hazırlanmasını və keçirilməsini festival direktorunun rəhbərlik etdiyi təşkilat komitəsi (bundan sonra “TK”) gerçəkləşdirir. TK-nın tərkibi festival direktoru tərəfindən formalaşdırılır.

Proqram:
Hal-hazırda festival proqramı iki əsas hissədən ibarətdir:
*BEYNƏLXALQ MÜSABİQƏ:
Ən yaxşı tam metrajlı sənədli film
Ən yaxşı qısa sənədli film
*AZƏRBAYCAN MÜSABİQƏSİ:
Ən yaxşı yerli sənədli film
*TƏLƏBƏ MÜSABİQƏSİ

Azərbaycan Müsabiqəsi kvotasında yerli kino rejissorlarının gender mövzularını əhatə edən sənədli filmləri qəbul edilir. Beynəlxalq Müsabiqə kvotasında xarici kinorejissorların gender mövzularını əhatə edən filmləri “Ən yaxşı tammetrajlı sənədli film” və “Ən yaxşı qısa sənədli film” kateqoriyaları altında yarışacaq. Müsabiqədə iştirak edən filmlər əvvəlcədən seçilmiş juri tərəfindən qiymətləndiriləcək.
Təşkilat Komitəsi.

Müsabiqə proqramı:
Yerli və Xarici müsabiqə çərçivəsində qısa və uzun metrajlı filmlər qəbul ediləcək. İştirak edən filmlərin nümayişi filmlərin müddətinə uyğun şəkildə sıralanacaq.

Müsabiqədənkənar proqram:
Müsabiqədənkənar proqram TK tərəfindən tərtib edilir:
Qəbul edilən filmlər festivaldan kənar 1 il müddətində nümayiş edilmə haqqı qazanır.
Festival keçiriləcək şəhəri və şəhər ətrafı bölgələri əhatə edir.
Filmlər “kənardakılar” bölməsində də nümayiş olunur.

Peşəkar proqram:
Peşəkar proqram TK tərəfindən tərtib edilir və bura aşağıdakılar daxildir:
Festival çərçivəsində 3 gün sənədli film və gender mövzuları və festival ilə bağlı məlumatlandırıcı peşəkar seminarların təşkili nəzərdə tutulur. Sənədli film müzakirələri və filmlərin analizi rejissorlarla keçiriləcək görüşlər də proqrama daxildir.

Müşayiətedici proqram:
Müşayiətedici proqrama forum teatr, xüsusi çıxışlar, musiqi günü, puzzle, foto print və şəhər gəzintisi aiddir.

Müsabiqə proqramında iştirak üçün sənədli filmlərinin qəbul şərtləri:
Müsabiqədə iştirak üçün 15 iyul tarixinə qədər müraciət edilməlidir;
Sənədli filmlərin mövzusu gender məsələlərini əhatə etməlidir;
Göndərilən filmlər sənədli film kateqoriyasında dəyərləndirilə biləcək kriteriyalara sahib olmalıdır;
İştirak edən filmlər 1 yanvar 2019-cu ildən sonra istehsal olunmalıdır;
Festivala göndəriləcək film sayında məhdudiyyət qoyulmur;
Müsabiqə proqramının bütün filmləri orijinal dildə, Azərbaycan və ya ingilis altyazıları ilə nümayiş etdiriləcək;
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı nümayiş üçün ödəniş etmir. Bu festivala film təqdim edərək Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı seçiləcəyi təqdirdə filmin Azərbaycan ərazisində nümayiş olunmasına icazə verir;

Festival üçün seçilərsə çap göndərmə xərcləri iştirakçı tərəfindən ödənilir. Sevil Qadın Film Festivalı geri göndərmə haqqını ödəyəcək. (DVD / Blu-ray CD-lər geri qaytarılmır.);

Filmlər və üsttə qeyd olunanlar nümayiş tarixindən 3 həftə əvvəl tamamlanmalı və göndərilməlidir;

Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Sənədli filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

Seçim komissiyası:
TK Sənədli film sahəsində çalışan müstəqil peşəkarlardan ibarət seçim komissiyasını təyin edir. TK üzvləri, həmçinin, seçim komissiyasının üzvləri ola bilərlər. Komissiya seçim üçün təqdim olunmuş işlərdən müsabiqə və digər proqramlara uyğun filmlər seçir. Seçim komissiyasının qərarları təkzibolunmazdır. Seçim komissiyası imtina səbəblərini izah və şərh etməməsi hüququnu özündə saxlayır.

Münsiflər heyəti:
Beynəlxalq münsiflər heyəti TK tərəfindən seçilir.
Münsiflər heyəti 2 kateqoriya üzrə qalibləri seçir.
Münsiflər heyəti hər hissədə 3 nəfərdən ibarətdir.
Hər iki yerli və beynəlxalq müsabiqədə filmlər tammetrajlı və qısa metrajlı filmlər arasından seçilir.
Təşkilat Komitəsi müzakirələrdə iştirak edə bilər.

Auditoriya:
Sevil IWDFF geniş kütləyə yönəlmiş bir festivaldır. Festivalın keçiriləcəyi şəhər sakinləri və şəhərətrafı yaşayan kütlədir. Tədbirlərə giriş üçün bilet tələb olunmur.

Mükafatlar:
Münsiflər heyəti 3 kateqoriyada qalibləri seçir.
* Ən yaxşı tam metrajlı sənədli film;
* Ən yaxşı qısametrajlı sənədli film;
* Ən yaxşı yerli sənədli film;
*Ən yaxşı tələbə sənədli film;
Əlavə olaraq, “Tamaşaçı Mükafatı” da mövcuddur. Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçilir. Sevil IWDFF pul mükafatı təsis etmək niyyətində deyil. Təşkilat Komitəsi və təsisçilər festival zamanı bu qərarı dəyişdirmək hüququnu saxlayırlar. Bundan əlavə, Təşkilat Komitəsi sponsorlara öz mükafatlarını təsis etmək hüququ verə bilər. Qaliblər münsiflər və ya Təşkilat Komitəsi tərəfindən bağlanış mərasimində elan olunur.

And “Audience Award” which is selected by the audience attending the festival, rather than by the festival jury or a group of critics.
Sevil IWDFF does not intend to establish cash prizes. Organizing Committee and founders retain a right to change this decision during the festival. Furthermore, the Organizing Committee may provide the right to sponsors to establish their own award. Winners are announced by the Jury or Organizing Committee at the Closing Ceremony

Festival qonaqları və iştirakçılar:
SBSFF festivalının təşkilatçıları 2021-ci ildə xarici və yerli qonaqların və iştirakçıların xərclərini öz öhdəsinə götürmür. Festivalın təşkili gedişində TK bəzi qonaqlara dair bu qərarı dəyişmək hüququnu özündə saxlayır.

General Provisions:
This Regulation was compiled in Azerbaijani and English. The text in the Azerbaijani language is preferred when there is a contradiction among the texts of the regulations. Participation in Sevil IWDFF involves accepting the terms and conditions unquestionably that is used in this regulation. Any questions and controversy arising during the preparation and implementation of the festival shall be resolved by the organizer of the festival in accordance with the legislation of the Republic of Azerbaijan.