Uzunmetrajlı Sənədli Filmlər

Film :       Qürbət artıq evdir

Rejisssor:  Pınar Öyrenci

Ölkə:  Türkiyə

Müddət:     63′

Mövzü

“Qürbət artıq evdir” Pınar Öyrencinin sənədli filmidir. Filmdə 1980-ci illərdə yaşama kvotaları hesabına Berlində məskunlaşmış miqrantları sıxışdıran şəhərsalma planlamasının prinsipləri tənqidi baxımdan nəzərdən keçirilir. Film qadın memarlar – Esra Akkan və Hayd Moldenhauerlə əməkdaşlıq çərçivəsində çəkilmiş və Kroytsberqdə yaşayan qadın miqrantların və qastarbayterlərin şəxsi təcrübəsinə və həmrəyliyinə həsr olunmuşdur. IBA layihəsinin azsaylı qadın memarlarından biri olan Hayd Moldenhauerin Berlinin Landesarxivindən olan fotoarxivi kölgədə qalan Kroytsberq tarixinin bir parçasının yenidən dəyərləndirilməsində əsas rol oynayır. Film üçün Öyrenci Berlindəki Landesarxivində, Kroytsberqdəki Fridrixshayn muzeyində, RBB media arxivində tədqiqatlar aparmış, H. Moldenhauer tərəfindən fotoşəkilləri çəkilmiş, Türkiyədən olan ikinci və üçüncü nəsil miqrantlarla əlaqələr yaratmış və onlardan müsahibələr almışdır. İngilis dilində dəqiq qarşılığı olmayan “qürbət” sözü ərəb mənşəli “ğrb” kökündəndir və “vətəndən uzaqda yaşamaq” mənasını verir. “Qürbət indi evdir” adı şair və aktyor Aras Örenin Berlin trilogiyasının (1980) sonuncu hissəsini təşkil edən, 1980-ci il tarixli “Qürbət deyil artıq” şerlər toplusundan götürülüb. “Qürbət indi evdir” Almaniyaya bir müddət sonra vətənə qayıtmaq məqsədi ilə gəlmiş muzdlu işçi üçün əvvəlcə yad torpaq olan, daha sonra tədricən evə çevrilən “yerin” şəkildəyişməsini ifadə edir.

 
 
 

Film :        Rio or Bust

Rejisssor:  Lisiak Pavel

CountryFransa

Müddət:    01:17:36

Mövzü

Dünyada 27-ci yeri tutan Emmanuel Merç Riodakı Paralimpiya oyunlarını hədəfləyir. Braziliyaya bilet qazanmaq üçün o dayanmadan məşq edir və dünya əlil arabası tennis yarışlarında iştirak edir. 

Film :        Qar çağırır

Rejisssor:  Mərcan Xosravi

Country:  İran

Müddət:    00:48:50

Mövzü

Minanın üç qızı var, ancaq oğul dünyaya gətirməyin bir üstünlük olaraq qəbul edildiyi bir cəmiyyətdə yaşayır. Mina buna görə günahlandırılır.

Film :        Cananinin Culiyettası

Rejisssor:  Pankaj Rishi Kumar

Ölkə:  India

Müddət:    53′

Mövzü

Kauşalya öz aləsinin hücumu nəticəsində ərini (Şankarı) itirmişdir. Onlar ailəsinin istəklərinə qarşı çıxaraq evlənirlər. Hindistanda çox sayda namus cinayətinə görə dərindən narahatlıq keçirən Pondiçerridən olan İndianostrum teatr qrupu kastanın, sinifin və cinsin təsirlərini araşdırmağa başlayır. Onlar Şekspirin “Romeo və Cülyetta”sını uyğunlaşdırırlar. Prosesin gedişatında ortaya çıxan sevginin, sağ qalmaq üçün müasir Hindistan cəmiyyətində apardığı mübarizə barədə tənqidi düşüncələrdir. Pankac Rişi Kumar pyesə “Çandala”nı qoşaraq fimə incə şəkildə mürəkkəblik qatmağa davam edir. Pyesin hind kontesktinə uyğunlaşdırılması üçün rejissor və aktyorlar arasındakı dialoq yunan xoru kimi işləyir və izləyicinin diqqətdə saxlayır. “Siz mənim üçün Cülyettanın elçilərisiniz” – deyə rejissor qadınlara səslənir. Onlar öz daxili aləminə baş vurduqca, bizi də belə bir sual düşündürür – hətta Şekspirin zamanında belə baş verənlər Romeo ilə bağlı idi? Biz niyə Cülyetta haqqında daha çox şey bilmirik? ... Sevginin poetik, siyasi tədqiqi

 
 
 

Film :      Cənnət ayaqlarımın altındadır 

Rejisssor:  Sandra Madi

Ölkə:  İran

Müddət:    01:30:00

Mövzü

“Cənnət ayaqlarımın altındadır” – şəriət qanunlarına meydan oxuyan və hələ ki, sekulyar vətəndaş hüququnun olmadığı bir ölkədə övladlarına qovuşmaq uğrunda hər biri təkbaşına mübarizə aparan üç Livanlı qadının tarixçəsidir.

 
 

Film :        Sərhəd

RejisssorYağmur Yüksel

Ölkə:  Türkiyə

Length:    00:40:00

Mövzü

İkili gender rollarını sorğulayan proses haqqında sənədli filmdir. Aktyorlar və çəkiliş qrupu gender kimliyi baxımından təzyiq altında olduqlarınını hiss etdiklərini iddia etdiyi arenaları yenidən yaratmaq üçün birlikdə dörd gün keçirdilər.

 
 

Beynəlxalq Qısa Sənədli Filmlər

Film :        This is not. A Muse

Rejisssor:  Thaís DeMelo

Ölkə:   Braziliya

Length:     00:30:00

Mövzü

Performativ sənəti özündə əks etdirən sənədli film hələ ki, təmirdə olan sənət qalereyasını işğal edən yeddi qadın rəssamdan bəhs edir. Üç gün ərzində rejissor tərəfindən performansçıların seçdikləri sənətçilərin iştirakı ilə tamaşalar hazırlanmış, həmçinin müasir incəsənəti ehtiva edən dialoqlar qurulmuşdur. Film Braziliyada qadın səhnə sənətinin və ilham pərisi anlayışının incəsənət sahəsində axtardığımız çoxsaylı formalardan nə qədər uzaq olduğunu göstərir. Qadınlar, yaradıcı proseslər və onların xəyalpərəst və pərvazlanan çox böyük obrazları/istinadları öz ekranlarında özləri tərəfindən təkrarlanır. Öz yaratdıqları ekranda ən böyük referansları öz xəyallarıdır.

Film :        Kikinin Xatirələri

Rejisssor:  Zanna Abasova

Ölkə:  Türkiyə

Müddət:    00:15:27

Mövzü

Kiki kimi məşhur olan model, müğənni, yazıçı və rəssam Alisa Prin bohem həyatı sürən və incəsənət qavramını kökündən dəyişən rəsamlardandır . Həmin dövrün xarizmatik və güclü xarakterinə sahib olan Kiki onlarla rəssamın, yazıçı, fotoqrafın, rejissorun ilham mənbəyinə çevrilir. Qadın olmanın çətinliklərinə baxmayaraq, Kiki ayaqları üstə dik durmağı bacarır və avanqard incəsənətin simasına çevrilir. Bu Stop Motion animasiya filmi Alisa Prinin “Kikinin xatirələri” kitabından ilhamlanıb.

This Stopmotion animation is inspired from Alice Prin’s memoir book “Kiki’s Memoirs”.

 

Film :        Zəncirdə həyat

Rejisssor:  Manuel Marano

Ölkə:  Italy

Müddət:    00:26:30

Mövzü

A TRUE STORY, A TALE OF VIOLENCE, HUMAN TRAFFIC, SOCIAL STIGMA.

“Zəncirdə həyat” – Banqladeşdə insan alveri və fahişəlik haqqında sənədli videofilmdir. Manuel Marano və Federiko Vayrani tərəfindən çəkilmiş film qurbanların tarixçələrinə, onların sağ qalmaq uğrunda mübarizələrinə və Banqladeş cəmiyyəti ilə münasibətinə həsr olunub. Film fahişəliyin çıxılmaz tələsinə düşmüş qadınların gündəlik olaraq qarşılaşdıqları mürəkkəb situasiyalara diqqət çəkir. Onların bütün ömürləri boyu qınanmalarına və cəmiyyətdəki zidddiyətlərdən əziyyət çəkmələrinə baxmayaraq, sənədli film bu insanların hər birinə xas olan insaniyyəti açmağa və dünya ilə bölüşməyə ümid edir.

 

Film :       Hələ ki payızdır 

Rejisssor: Fərzanə Fathi Karmozdi

Ölkə:  İran

Müddət:    00:20:00

Mövzü

Son illərdə cinsi istimarlar, təcavüzlər və qadınların zorlanması haqqında şokedici və ağlasığmaz hekayələr dalğası sosial şəbəkələri zəbt etmişdi ; İranlı qadınların başlatdıqları #MeToo qlobal hərəkatını, dünya üzrə saysız-hesabsız seksual zorakılıq hallarını ifşa edən misilsiz addım idi. 

Bu hekayələr təkcə hadisələrin qorxunc mahiyyəti baxımından deyil, həm də hücumda günahlandırılanların sayı və statusu baxımından heyrətləndirir.

Biz də bu qadınlardan birinin hekayəsini danışmaq istədik.
Bu barədə biz çox sayda hekayə və tarixçə oxuyuduq. Bu hekayələrdə ortaq cəhətlər çox idi.
Hekayələrin bir hissəsi müəlliflərin şəxsi səbəbləri üzündən ya silindi, ya da senzuraya məruz qaldı. Təcavüz, təhqir, şəhvət və ailə hadisələri kimi mövzular hekayəçilər və yazıçılar tərəfindən aradan qaldırıldı.
Əslində mövzularda çılpaqlıq yox idi.
Ta ki biz bu hekayəyə çatana qədər. Bu ona aid olduğu qədər hamımıza aid olan bir hekayədir.

 

Film Diz çökməyəcəm

RejisssorHilda Avori

Ölkə:   Uqanda

Length:     00:12:00

Mövzü

Bir çox Afrika ailələrində qızların və oğlanların tərbiyəsində nəzərəçarpan fərq patriarxlıqla izah olunur. Bu sənədli film, cəmiyyətin digər üzvləri ilə salamlaşarkən diz çökən qadınların və qızların ənənəvi təcrübə prizmasından Patriarxatın arxasındakı məntiqi araşdırır- xalqımın dəyərli adəti- Şərqi Uqanda, Japadhola.

Film :       En Camino

Rejisssor: İzabella Korteze, Federiko Fenuççi, Cuditta Vetteze

Ölkə:  Meksika

Müddət:    00:30:00

Mövzü

En camino – Mexikodan Meridaya səyahətdir. Bir çox qadının və fəalın ifadələrini toplayaraq onların yaşadıqları və duyğuları vasitəsilə əsas suala cavab veririk: Meksikada qadın olmaq nə deməkdir? Cavab çoxşaxəlidir və bizi iqtisadi istismar; insan alveri; institusional müdafiənin olmaması; iqtisadi, təhsil, cinsi və reproduktiv hüquqlarda hökm sürən bərabərsizlik; sevgi sözünün ənənəvi mənası; cinsi və psixoloji zorakılıq mövzusuna aparır. Əgər bu problemlər sayı və intensivliyi Meksikada şiddətlənərsə- qadın cinayətinin səviyyəsinin yüksək olduğu və uşaqların cinsi istismarına görə dünyada birinci sırada gələn ölkələr arasında bu dövrdə kapitalizm və patriarxat arasında olan əlaqə səbəbiylə dünyanın qalan hissəsində də rezonans doğurar. Latın Amerikası qadınlarının sosial-siyasi vəziyyətini mürəkkəbləşdirən və dərinləşdirən müstəmləkəçilik tarixini kənara qoysaq, köklər ortaqdır: dünya hələ də maço olaraq qalır və qadınlar çox vaxt kişi gücünə tabe olurlar.

Film :        Ümidsiz Ümidçamadanı

Rejisssor:   Serkan Bozkurt

Ölkə:  Türkiyə

Müddət:    00:03:00

Mövzü

Ümidsiz Ümidçamadanı, Viennada Fidelio Gözəl Sənət Müsabiqəsini qazanan HOPE (rəqs teatrı, xoreoqrafiya) video sənət versiyasıdır.

Ümidsiz Ümidçamadanı, köçdə itirilmiş qadınların hekayələrindən bəhs edir. Ailəsi ilə və ya tək başına yeni bir həyat yaratmağa ümid edən qaçqın qadınların bu hekayələri, çamadan və ifaçılar arasındakı mücərrəd hərəkətlərlə bir araya gəlir.

Çamadan daşıyarkən yeni bir ev axtarırlar, özlərini yeni bir ölkədə axtarırlar, bu sualları verərək bədənlərində yeni bir ev axtarırlar; Bədənim haradadır? Ağlım haradadır? Mən haradayam? Çamadanımı hara qoya bilərəm?

Film :       Ağ və Qara

Rejisssor: Eluned Zoe Aiano, Anna Benner

Ölkə:  Çexiya Respublikası

Müddət:    00:19:10

Mövzü

Hadisədən təxminən 70 il sonra, İkinci Dünya Müharibəsi zamanından qalma az tanınan şəhər əfsanəsini dünya mətbuatı öyrəndiyi zaman, kiçik Çex şəhəri olan Třeboň qəfildən beynəlxalq diqqət mərkəzinə çevrildi. Hekayədə söhbət tibb bacılarından, nasistlərdən, yolundan azmaqdan və sifilisdən gedir, amma heç kim əslində baş verənlərlə bağlı həmfikir deyil.

Qara və Ağ yerli sakinlərin müsahibələrindən yaratdığı kollajlarla bu əfsanənin hissələrini bir araya gətirir. Film, hekayənin ilkin mərhəələdə necə meydana gəldiyini və mediayadüşdükdən sonra necə inkişaf etdiyini araşdırır. Onların düşüncələri kino və animasiya tarixindən parçaların kombinasiyası vasitəsilə vizualizasiya edilir ki, bu da qadın rollarının təsvirində istifadə edilən məcaz və sərhədi sual altında qoyur.

Film :      Ava Kunya, Atı Kunya; Yerli xalqdan olan qadın, qadın siyasətçi

Rejisssor: Yuliya Zulian, Fabian Medina, Gilerme Say

Ölkə:  Braziliya

Müddət:    00:25:00

Mövzü

Ava Kuña, Aty Kuña; yeri qadın siyasətçi – bu yerli xalqlardan olan Braziliya qadınlarının siyasi dirənişinə poetik yanaşmadır. Guarani Kaiowá qadınlarından ibarət bir meclis olan Kuñangue Aty Guasu'nun portreti sənədli filmde ağdərili qadının təəssüratları ilə yerli qadınların görüş haqqındakı təəssüratları qarışdırılır.

Yerli Sənədli Filmlər

Film Toz çəkiləndən bəri

Rejisssor: Toğrul Abbasov

Ölkə:  Azərbaycan

Müddət:    00:31:56

Mövzü

Bu, Bakının mərkəzində evləri sökülən üç qadının hekayəsidir. O zaman ictimai etirazlara baxmayaraq evlərini itirənlərin taleyi unuduldu. Bu film evlərini itirdikdən sonra taleyi unudulmuş sakinlərin həyatlarını işıqlandırmaq və onların indiki vəziyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə lentə alınıb.

Film :      Anamla Anlar

Rejisssor: Sənan Səfərov

Ölkə:  Azərbaycan

Müddət:    00:14:42

Mövzü

70 yaşlı Ruhəngiz 20 yaşlarında işə başladığı vaxtdan 2014-cü ilə qədər - döş xərçəngi olduğunu öyrənənədək aktiv həyat tərzi keçirib. Xəstəlik səbəbilə artıq əmək qabiliyyətini itirib və evdə qalmağa məcbur olub. 

Koronavirus pandemiyasına görə yaşlıların evdən küçəyə çıxması qadağan ediləndə Ruhəngiz yeni bir tənhalıq dalğası ilə üz-üzə qaldı. Qəfil gələn bu təcrid xəbəri ona yaşadığı travmaları və həyata keçməyən arzularını xatırlatdı. Buna baxmayaraq, Ruhəngiz ümidini itirmir və çiçəklərinə su verməyi heç vaxt unutmur.

Film :        Sığınacaq

Rejisssor: Məryəm Mirzəyeva

Ölkə:  Azərbaycan

Müddət:    00:34:00

Mövzü

"Sığınacaq" Bakıda yerləşən qadınlar və uşaqlar üçün sığınacaq haqqında sənədli filmdir. Filmdə şəxsi evdə yaradılmış bu kiçik qurumun fəaliyyəti əks olunur, və beləcə bu filmin əsas qəhramanı sığınacaq sakinlərin gündəlik həyat tərzidir. 

Bu sənədli film vasitəsilə biz sığınacağın yeri, orada məskunlaşan qadın və uşaqların gündəlik həyatı, onları bura gətirən səbəbləri öyrənir və həmçinin bəzilərinin həyat hekayələrini dinləyirik. Aytac və Elnazın hekayələri əsasında qadınları bu sığınacağa üz tutmağa vadar edən bəzi səbəblər barədə məlumat əldə edirik. Bu sığınacaqda yaşayan qadınların əksəriyyəti filmə çəkilmək istəmirdilər, yaxud bəzi hallarda ailə üzvlərinin ağır tənbehindən və açıq şəkildə şikayət etdiklərinə görə ərləri tərəfindən baş verə biləcək təhdiddən qorxduqları üçün övladlarının lentə alınmasına icazə vermədilər.

Bu sənədli film Qurban bayramında çəkilmişdir və bu səbəbdən, bu bayram münasibətlə keçirilən xüsusi xeyriyyə tədbirinin bəzi təfərrüatlarını da əks etdirir.

Film :      Qadağan olunmuş sevgi

Rejisssor: Əminə Məmmədova

Ölkə:  Azərbaycan

Müddət:    00:04:21

Mövzü

Azərbaycanda həm dövlət, həm də cəmiyyət eynicinsli nikaha müsbət yanaşmır. Bunu statistika da sübut edir: ölkə bütün dünya üzrə LGBT cəmiyyətinə tolerantlığına görə ən sonuncu pillələrdən birini tutur. Lakin bu Bakıda LGBT cütlüklərə birlikdə yaşamağa mane olmur.

Təqdim etdiyimiz filmdə Bakıda LGBT cütlüyünün həyatı əks olunub.

Film :        Ailəm

Rejisssor: Afaq Yusifli

Ölkə:  Azərbaycan

Müddət:    00:07:00

Mövzü

Filmin qəhrəmanı Aytən başına gələn bütün çətinliklərə, yaşadıqlarına rəğmən öz məqsədlərinə çatmaq yolunda irəliləyir. 40 yaşlı qəhrəmanın uşaqlıq dönəmləri Füzulinin işğal zamanına təsadüf edir. Qaçqınlıq düşdükdən sonra qəhrəmanın bütün çətinlikləri ard-arda davam edir. Yarı tikili yataqxanada ailəsi ilə birgə məskunlaşmağa məcbur olan Aytən atasını gözünün önündə itirir. Müharibə, valideyn itkisi onun sonrakı həyatına da təsirsiz ötüşmür. Bütün bunlara rəğmən o bugün öz müqəddaratını özü həll edə bilən və 2 övladı ilə onların yaxşı, parlaq gələcəyi üçün çalışan anadır. Film rejissoru, ssenarist, DOP, film çəkilişində iş təcrübəsi olan bir film tənqidçisidir. Lənkəranda doğulub. MirBağır televiziya şou programları yayımı, musiqi produseri və incəsənət tədbirlərinin idarə edilməsi sahəsində ixtisaslaşıb. 2008-ci ildən TV-də film proqramları (şoular) istehsal edir. 2014-cü ildən etibarən Film Fiction jurnalının redaktoru və həmtəsisçisidir. "Rapsodiya" (2015), "Sis bizi aparacaq" (2016), "Bipolyar uşaqlar" sənədli filmlərinin, ”(2018),“ Qızıl balıq və digər ədviyyatlar üçün diləklər ”(2020) və“ Məni Yaxın Vurmayın ”(2017) mockumentrisinin müəllifidir.

Chaikhana Slot

Film :        Qaranlıqdan işığa

Rejisssor: Gülər Abbasova

Ölkə:  Azərbaycan

Müddət:    00:09:06

Mövzü

Günay 2015 -ci ildə görmə qabiliyyətini tamamilə itirdi. Başlanğıcda "davamlı qaranlıq qorxunc idi" deyə bildirir. O, bir neçə il sonra əlil aktyorlar teatrında aktrisa olmağa qərar verdi və özünü başqa bir dünyada tapdı. Günay öz dəyişimini "qaranlıqdan işıqlı bir dünyaya" keçid kimi təsvir edir. 

Film :       Anama məktub

Rejisssor: Gülnar Səlimova

Ölkə:  Azərbaycan

Müddət:    00:11:00

Mövzü

Bu, anama yazdığım bir məktubdur - şəxsən ona deyə bilmədiyim hisslər, zəifliyimin bilinməsi, uğursuz danışıqlar və təsirsiz şeylər, fərqli həyat yaşayan, amma yenə də bir- birini ən yaxşı şəkildə başa düşməyə çalışan ana ilə qız arasındakı yanlış ünsiyyət.