Haqqımızda

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Sevil-BQSFF yerli kinematoqrafçıları və bu sahəylə əlaqədar insanları sənədli filmə təşviq etmək,eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. Festival fəaliyyətə 2020-ci il sentyabr ayında başlayıb.

Festivalımız Azərbaycan izləyicilərinə dünyanın dörd bir yanından seçilmiş filmləri təqdim edir və müxtəlif gender əsaslı mövzular ətrafında ictimai müzakirələrə təkan verir. Həmçinin biz yerli sənətçilərin təqdimatına açıq olan qısa və tammetrajlı sənədli filmlər müsabiqəsi təşkil edərək yerli film sənayesinin inkişafına da dəstək olmağa çalışırıq. Üstəlik, festival paytaxtdan kənar, bu cür tədbirlərin və fəaliyyətlərin insanlar üçün əlçatan olmadığı regionlarda təşkil olunur.

Növbəti Festivalımızı 25-29 Avqust tarixlərində Gəncə şəhərində keçirilməsini planlaşdırırıq.
Festivalın bu ilki buraxılışının mövzusu qadın ölümlərinə həsr olunub və bununla ölkəmizdə hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək istəyirik.

Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirələri nəzərdə tutulur.
Festivalın bu ilki buraxılışının mövzusu qadın ölümlərinə həsr olunub və bununla ölkəmizdə hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək istəyirik.