09.04.2021 “Film festivalları və Sənədli film sənəti” mövzusunda təlim.

Covid-19 qaydalarına əsasən təlimdə ən çox 10 insanın iştirakı mümkün olduğu üçün paralel olaraq onlayn yayım edildi və təlimə daha çox iştirakçının qatılmasına nail olundu.
“Film festivalları nədir?” “Onların olmağı film sənayesinə necə təsir göstərir?” “Ümumiyyətlə beynəlxalq festivallar hansıdır?” “O festivallarda necə iştirak edə bilərsiniz?” və s. suallar ətrafında müzakirə və kinoşünas Aygün Aslanlı tərəfindən “Sənədli film sənəti” haqqında geniş geniş təlim baş tutdu.


19.04.2021
“Filmə necə peşəkar gözü ilə baxmaq olar” mövzusunda təlim.

Təlim Elvin Cəbizadə tərəfindən, “The Wizard of Oz” (1939) filmi əsasında “Kino analizi” “Kino necə oxunur” “Filmə necə peşəkar gözü ilə baxmaq olar” mövzuları ətrafında keçirildi.

Əlavə fəaliyyətlər
23.01.2021 Azərbaycanda qadın film rejissorları mövzusunda müzakirə.

Müzakirə Azərbaycan Kinematoqrafçılar Birliyi tərəfindən təşkil edilmiş və Azərbaycan film sənayesindəki qadınlar mövzusunu əhatə etdi. Ölkədəki yeganə qadın film festivalı olaraq Sevil müzakirədə fəal iştirak etdi.